ABŞ-ın Corciya ştatında son 70 ildə ilk dəfə qadın edam olunub. Bu, 47 yaşlı Kelli Rene Gissendanerdir (Kelly Renee Gissendaner).
Gissendanerlə bağlı hökm 1997-ci ildə çıxarılmışdı. O, öz ərinin qətlində günahkar bilinib.
Edam hökmü qadına pentobartial inyeksiyası vurmaqla həyata keçirilib.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi edamın təxirə salınması ilə bağlı 3 müraciəti rədd edib.