Kaliforniya ştatının sahillərində 5,9 bal gücündə zəlzələ olub.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yeraltı təkanların episentri Petroliya yaşayış məntəqəsindən 86 kilometr qərbdə, ocağı isə 2,2 km dərinlikdə yerləşib.
Hazırda dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat verilməyib.
Sunami təhlükəsi barədə xəbərdarlıq elan olunmayıb.