ABŞ-da atışma – 2-si uşaq olmaqla 6 nəfər yaralandı

ABŞ-ın Çikaqo şəhərində atışma baş verib.

Yenicag.az xəbər verir ki, Vest İnqlvud yaşayış məntəqəsində ailəvi şənlik mərasimi zamanı baş verən atışma zamanı 6 nəfər yaralanıb. Yaralılardan ikisi uşaqdır. Onların biri sinəsindən, digəri isə bud nahiyəsindən yara alıb.

Hadisə ilə bağlı əlavə məlumat yoxdur.