ABŞ-da atışma: 3 ölü, 7 yaralı

ABŞ-ın yeni Orlean şəhərində silahlı insident baş verib.

Yenicag.az xəbər verir ki, iki naməlum şəxs ofis binasının qarşısında insanlara atəş açıblar.

Atışma nəticəsində 3 nəfər ölüb, 7 nəfər həsarət alıb.

Bundan sonra cinayətkarlar hadisə yerindən qaçıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.