ABŞ-da atışma nəticəsində 4 nəfər ölüb

policeABŞ-ın Şimali Karolina ştatının Uilson dairəsindəki evlərdən birində baş vermiş atışma nəticəsində 4 nəfər ölüb.

Yenicag.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, yerli polis idarəsindən məlumat təsdiqlənib.

Hadisənin səbəbləri və təfərrüatları açıqlanmır.

Hazırda öldürülən şəxslərin kimliyi müəyyənləşdirilir.

Yenicag.az