Reklam: High Technic
hightechnic

ABŞ-da atışma - Ölən və yaralananlar var

ABŞ-da atışma baş verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Texas ştatında, Plano şəhərində qeydə alınıb.

Naməlum şəxs ətrafdakılara atəş açıb. İnsident nəticəsində azı bir nəfər ölüb, daha üç nəfər yaralanıb.

Cinayətkar hadisə yerindən qaçaraq gizlənib. Polis hazırda onun axtarışı ilə məşğuldur.

Hadisənin digər təfərrüatları açıqlanmır.

www.yenicag.az

531