ABŞ-da atışma: ölən və yaralılar var

ABŞ-ın San-Fransisko şəhərində (Kaliforniya ştatı) atışma baş verib.

Yenicag.az xəbər verir ki, hadisə yerli vaxtla 22:40-da baş verib. Polisin verdiyi məlumata əsasən, atışma nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır./Trend/