ABŞ-da atışma – Ölənlər və yaralananlar var

ABŞ-ın Missuri ştatının Kanzas-Siti şəhərindəki barda atışma olub.

Yenicag.az xarici mətbuata istinadən bildirir ki, silahlı şəxs bara daxil olaraq içəridəkilərə atəş açıb.

Yerli polisin nümayəndəsi bildirib ki, atəş nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Yaralıların səhhəti barədə məlumat verilmir.