ABŞ-da avtomobilə atəş açıldı: Ana yaralandı, 7 yaşlı qızı öldü

ABŞ-ın Texas ştatında naməlum şəxs avtomobilə atəş açıb.

Yenicag.az xəbər verir ki, nəticədə avtomobildə olan 7 yaşlı qız ölüb.

Daha iki nəfər – ana və digər qızı xəsarət alıb. Avtomobildə ana və dörd qızı olub. Digər iki uşağın vəziyyətinin yaxşı olduğu bildirilir.

Polis cinayəti araşdırmaqda davam edir.