!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-da azərbaycanlı öz evində güllələndi - FOTO

!Reklam – Yazi

ABŞ-ın Pensilvaniya ştatındakı Vayomissinq şəhərində 37 yaşlı azərbaycanlı Nail Salamov evinə girməyə çalışan iki nəfərə mane olmaq istərkən güllələnib.

Yenicag.az xəbər verir ki, polisdən verilən məlumata görə, hücum dünən gecə, təxminən, saat 22:00 radələrində törədilib. Hücum edənlərdən biri N.Salamova bibər qazı fışqırdıb, ikinci isə hadisə yerindən qaçmazdan əvvəl atəş açıb. N.Salamov aldığı güllə yarasından bir neçə saat sonra xəstəxanada keçinib. Onun iki uşağı var idi. Evə basqın və törədilən cinayət zamanı uşaqlar evdə, yan otaqda olublar.

Yerli polis rəhbəri N.Salamovun qəsdən öldürüldüyünü düşünür.

Qeyd olunur ki, öldürülən azərbaycanlı heç bir kriminal keçmişə malik olmayıb, bir neçə işdə, o cümlədən yerli banklardan birində işləyib, tanışları isə onun haqqında müsbət fikirlər söyləyiblər. /Report

www.yenicag.az

6749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv