ABŞ-da benzin rekord həddə bahalaşdı

ABŞ-da yanacağın qiyməti artmaqda davam edir.

Yenicag.az CNN-ə istinadən xəbər verir ki, ölkədə 1 qalon benzinin (4,55 litr) qiyməti 5 dollara çatıb. Bu da illik əsasda təxminən 62% artım deməkdir. Ötən ilin iyununda 1 qalon benzin 3,07 dollar idi.