Birləşmiş Ştatların mərkəzi-qərb ərazilərində anomal şaxtalar həyatı iflic edib.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, ABŞ-ın mərkəzi və qərb ərazilərindəki bəzi ştatlarda havanın temperaturu mənfi 37 dərəcəyə düşüb.
Şaxtalardan daha çox əziyyət çəkən isə Şimali Dakota, Viskonsin, Ayova, Minnesota, Miçiqan və İllinoys ştatlarıdır.
Bu ştatlardakı əksər şəhərlərdə məktəblər və dövlət idarələri fəaliyyətini dayandırıb, ictimai nəqliyyat uzun fasilələrlə işləyir. Kəskin soyuqlar nəticəsində 8 nəfər dünyasını dəyişib.
Qeyd olunan ərazilərdə 1800 təyyarə reysi ləğv olunub.