ABŞ-da daha bir silahlı insident – Bu dəfə kollecdə

ABŞ-ın Vaşinqton ştatında yerləşən “Hay-Layn” kollecində silahlı insident qeydə alınıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə kollec ərazisindəki yataqxanada baş verib.

Hadisə yerinə polis qüvvələri cəlb edilib. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Xatırladaq ki, fevralın 14-də Florida ştatındakı məktəblərdən birində qeydə alınan silahlı insident nəticəsində 17 nəfər həyatını itirmişdi.

COP29