ABŞ-da dəhşətli yanğın: 9 ölü, 6 yaralı

158f23u-960ABŞ-ın Tennessi ştatında evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

Memfis şəhərində baş verən hadisədə ölənlərin 6-sı uşaqdır.

Xəsarət alan uşaqlardan birinin vəziyyəti ağırdır.

Yanğınsöndürənlər evdən 10 nəfəri xilas edə biliblər.