ABŞ-da “Delta IV” raketi səmaya buraxılıb

Amerikanın Florida ştatında “WGS-9” peyk rabitəsinə malik “Delta IV” raketi uğurla səmaya buraxılıb.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, buraxılışı “United Launch Alliance” şirkəti həyata keçirib.
Proses birbaşa efirdə yayımlanıb.

Peyk Amerika Silahlı Qüvvələri və müttəfiq ölkələr üçün “Boeing” şirkəti tərəfindən yaradılıb.

Yeniçağ.Az