!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-da DEMAQOQratlarla demokratların TRAMPlin mübarizəsi - Trampa qarşı hazırlanan çevrilişin gizli kodlarıANALİZ (II Hissə)

!Reklam – Yazi

Hegemonluq iddiasında olan dövlətə dünyadan qlobal etirazlar

Dünyanın yeni bir çağa girdiyini anladan impulslar Asiya, Avropa və Afrikadan izlədiyimiz xəbərlər arasında gəlmişdi. Belə ki, Asiyanın böyük olmayan dövlətinin – Filippinin prezidenti Rodriqo Duterte hələ səlahiyyətlərinin 4-cü ayında ABŞ-ın əvvəlki prezidenti Barak Obamaya “Mənim Filippindən kənarda bir rəhbərim yoxdur, mənə hörmət etmək məcburiyyətindəsən”, – deyəndə, artıq dünyanın başqa bir mərhələyə qədəm qoyduğu hiss olunurdu. Eynilə də Duterte Avropa Birliyi(AB) ölkələrinə “Tarix və ensiklopediya kitablarında bizi qətlə yetirən hadisələrdə bu ikiüzlülər var; indi də durub məni tənqid edirlər”, kimi sərt ifadələri çəkinmədən dilə gətirirsə, demək, planetimiz yeni bir mərhələyə qədəm qoyub. Bununla yanaşı, elə AB ölkələrinin özündən, Fransanın “Milli cəbhə” partiyasının lideri Marin Le Penin “Avropa İttifaqı ömrünü başa vurmuş ölüdür, ancaq bu faktı etiraf etməkdən çəkinir” kimi səslərin qulağımıza gəlib çatması yaşayacağımız “Yeni Dünya Dönəmi”ndə təzə notlu musiqilərin çalınacağından xəbər verir.

Həmçinin Türkiyə prezidenti R.T. Ərdoğan 200-dən çox insanı öldürən çevrilişçilərin məsuliyyətə cəlb olunmaqlarından narahat olan və Ankaranın daxili-hüquqi işlərinə qarışan Avropa Parlamentinin Prezidenti Martin Şulza “Bu tərbiyəsizə bir bax. Sən kimsən? Həddini bil” deyirsə, bu da bizə gəlib çatan başqa bir impulslardır. Yəni Ərdoğan hazırkı dünya sisteminə etiraz edir, islahatlara dəvət etdiyi BMT-yə səslənərək, “Dünya 5-dən böyükdür”- , deyə Təhlükəsizlik Şurası (TŞ) üzvlərinə haqlı tənqidlərini səsləndirir. Əgər Afrikalı Moses Ngobe müasir bir avtomobili öz evində əlləri ilə hazırlaya bilirsə, dünyanın yeni bir sistemə girməsi dövrün, siyasətçilərin və dünya əhalisinin tələbləridir, deməli.

BMT hüquqi ədalətin deyil, fiziki ətalətin nümunəsi kimi

Dəyişməyə doğru addımlayan dünyada gözləntilərə əsas cavadeh qurum BMT olmalıdır. Amma . . .
Doğrudan da, dünyada bölüşdürülə bilməyən şəxsi maraqlar çərçivəsində başladılan və davam edən müharibələrə, milyonların ölümünə onlar – özlərini “təhlükəsizlik şurası üzvləri” adlandıran bu 5 dövlət daha çox cavabdehdir. Necə deyərlər, oynanan oyunda təkcə ayağı sındırılan futbolçunun rəqibi deyil, bu haqsızlığa fit çalmayan hakim də günahkardır. Heç kimə sirr deyil ki, təhlükələrin artdığı planetimizdəki ən qanlı hadisələrə Təhlükəsizlik Şurası dövlətlərinin təhlükəli maraqları səbəbdir.

Görünən odur ki, oval formasında olan Yer uğrunda hələ çox kürə formasında olan beyinlərin mübarizələrini izləyəcəyik. Burada bir daha BMT-yə daha çox yük düşür. Çünki haqqında danışdığımız Amerika da bu təşkilatın bir parçasıdır. Bəziləri son illərdə baş verən hadisələrdən sonra bu təşkilatı Amerikanın siyasi maraqlarının təminatçısı, digərləri isə Birləşmiş Millətlər deyil, Birləşmiş Ştatlar Təşkilatı kimi qavramaqdadır. Bu qavrayışların doğru olmadığını göstərmək isə qətnamələrlə və insani yardımlarla kifayətlənən qurumun öz üzərinə düşür.

Necə deyərlər, yalnız feili hərəkətlərlə törədilən cinayətlər deyil, həm də fiziki hərəkətsizliklər(ətalətlə) də cavabdehlik zərurəti ortaya çıxarır. Yəni cinayət yalnız Hüquq elmi ilə ölçülmür. Bu anda ortaya Fizika girir.

Dəyişən yeni dünyanın yeni aktyorları

ABŞ-da yaşananlar isə bütün dünyaya təsirsiz ötüşmür. Hadisələri təhlil etmək üçün bir qədər də geniş müstəvidə yanaşarsaq, əslində, “Brexit” ilə Böyük Britaniyanın Avropa Birliyindən çıxması, Suriya məsələsində Ankara-Moskva münasibətlərinin istiləşməsi dünyanın yeni bir siyasi atmosferlə oksigenləşməsinə səbəb oldu. Həmçinin formalaşan yeni diplomatik Tehran-Moskva-Ankara platformasının Yeni Beynəlxalq Münasibətlər Sisteminin ilkin rüşeyimlərini ortaya çıxartması planetin yeni bir “dəritökmə”dönəminə girdiyinin işarələridir. Buraya hətta son illər iqtisadiyyatı daralan AB ölkələrinin enən xətlə iqtisadi geriləməsi də əlavə oluna bilər. Bu nüanslar isə ən çox dünyanı idarə etmək istəyən həmin güclərin – ABŞ Qlobalistlərinin maraqlarının iflası anlamına gəlir. Ona görə də onlar son çırpıntıları və cəhdləri olaraq, məğlub olduqları Ağ Ev yarışmasını xoşluqla əldən vermək istəmirlər. Göründüyü kimi, onlar bunun üçün illərin ölkəsinin demokratik imicini qurban verməyə belə hazırdırlar ki, təki xaricə tuşlanacaq maraqları pauzaya dayanmasın. Yeni münasibətlər və sistemin ortaya çıxması onların bir öncəki “nizamının” pozulması deməkdir. Yuxarıda qeyd etdiyimiz kimi anti-qlobalist maraqlı impulslar və hadisələr öz davamını Ağ Evin yeni sahibini müəyyənləşdirməsində də təsirsiz ötüşmədi.

 

Davamı var…
Arzu Səyyad

www.yenicag.az

747
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv