ABŞ-da son bir həftə ərzində müşahidə olunan anomal soyuqlar və qarlı hava şəraitinin qurbanlarının sayı artmaqdadır.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, artıq ölənlərin sayı 16-ya çatıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar Viskonsində 6, Texasda 4, Şimali Karolinada 3 ölüm faktı qeydə alınıb.
Miçiqan, Missuri və Şimali Dakota ştatlarının hər birində kəskin soyuq və qarlı hava ilə əlaqədar 1 ölüm faktı qeydə alınıb. Bu ştatlarda temperatur normadan 15-20 dərəcə aşağıdır.
Ekstremal hava şəraiti ilə əlaqədar artıq bəzi hava limanlarında təyyarələrin uçuşu müvəqqəti dayandırılıb.