ABŞ-da faciə – 16 nəfər öldü

hava sari absABŞ-ın Texas ştatında göyərtəsində 16 nəfərin olduğu hava şarı qəzaya uğrayıb.

“RİA Novosti” xəbər verir ki, hadisə Lokhart şəhəri yaxınlığında baş verib. Məlumata görə, naməlum səbəbdən qəfil alışıb yanan hava şarı yerə çırpılıb.

İnsident nəticəsində hava şarında olan sərnişinlərin hamısı ölüb.