ABŞ-da FETÖ-yə qarşı həbslər başladı – FBI-dan 15 ştatda əməliyyat

FBI FETÖ terror şəbəkəsinə qarşı araşdırmaya başlayıb.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Xarici Işlər Naziri Mövlut Çavuşoğlu söyləyib.

“FBI təxminən 15 əyalətdə FETÖ əməliyyatına başladı. Artıq New Jersey ştatında həbs olunanlar var” – deyə türkiyəli nazır bildirib.

Qeyd edək ki, ötən gün Çavuşoğlu, FETÖ lideri Fətullah Gülən və digər 83 şəbəkə üzvünün Türkiyəyə ekstradisiyası üçün siyahı verdikllərini açıqlayıb.

Nazir həmçinin, Bəşər Əsədlə demokratik seçimlərdə qalib gəldikdən sonra ortaq iş görə biləcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib: “Mənə seçimlərdə Əsəd qalib gələrsə onunla ortaq işləyəcəksiz? – deyə soruşdular. Mən də, əgər demokratik seçimlər baş verərsə və Əsəd qalib gələrsə hamı mövcud vəziyyətə yenidən baxacaq. Əsədlə işləyəcəyik demədim”.