Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

ABŞ-da güllələnən azərbaycanlı ilə bağlı səfirlikdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, mayın 6-da ABŞ vaxtı ilə saat 22:00 radələrində ABŞ-ın Pensilvaniya ştatının Berks əyalətinin Vyomissinq qəsəbəsində 20.01.1982-ci il təvəllüdlü Salamov Nail İlham oğlu naməlum şəxslər tərəfindən yaşadığı evində qətlə yetirilib.

Yenicag.az xəbər verir ki, faktla bağlı Vayomissinq Polis Departamenti tərəfindən cinayət işi açılıb və hazırda istintaq əməliyyatları həyata keçirilir. Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, mərhumun yaxın qohumları ilə əlaqə saxlanılıb: “Hazırda cənazənin qısa müddət ərzində Azərbaycan Respublikasına göndərilməsi istiqamətində tərəfimizdən iş aparılır. Sənədləşmə işlərinin sabah yekunlaşması gözlənilir və cənazə Reading şəhərindən Nyu-York şəhərinə və oradanda Vətənə göndəriləcək. Qeyd etmək istərdik ki, məsələ səfirliyin tam nəzarətindədir. İstintaq əməliyyatlarının gedişatı barədə əlavə olaraq məlumat veriləcək. Baş vermiş hadisə ABŞ-da yaşayan soydaşlarımızı və səfirliyin kollektivini çox kədərləndirib. Səfirliyin kollektivi adından mərhumun doğmalarına dərin hüzünlə başsağlığı veririk”.

www.yenicag.az

1398