ABŞ-da helikopter qəzası: 3 ölü

ABŞ-ın Viskonsin ştatında tibbi helikopter qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, tibbi evakuasiya ilə məşğul olan “Ascension Wisconsin Spirit” şirkətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Qəzanın səbəbləri barədə məlumat verilmir. Sadəcə o məlumdur ki, ölənlərin hamısı şirkətin əməkdaşlarıdır.