ABŞ-da helikopter qəzası: Evlər alışdı – Ölənlər var/VİDEO

ABŞ-da Florida ştatında helikopter qəzaya uğrayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Sebrinq şəhərində helikopterin treyler parkına düşməsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Vertolyotun düşdüyü yerdə yanğın başlayıb. Nəticədə iki ev yanıb.

Verilən məlumata əsasən, hadisə zamanı evlərdə heç kim olmayıb.