ABŞ-da helikopter qəzası – Ölənlər var

ABŞ-ın Havai əyalətində helikopter qəzası baş verib.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində helikopterdə olan 3 nəfərin hamısı həyatını itirib.

Qeyd edək ki, helikopter tur şirkətinə məxsus olub. Qəzanın səbəbləri araşdırılır.