ABŞ-da hərbi təyyarə qəzaya uğradı

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumatda bildirilir ki, C-130 tipli hərbi təyyarə Corciya ştatında qəzaya uğrayıb. Milli qvardiyaya məxsus olan təyyarənin hansı səbəbdən qəzaya uğradığı isə bildirilmir.

Qəzaya uğrayan təyyarə yerə düşən kimi yanmağa başlayıb.

İnsident nəticəsində hərbi təyyarədə olan beş nəfərin hamısı dünyasını dəyişib.