ABŞ-ın Corciya ştatında girov götürülən qadın və uşaqlar azad edilib.
Aparılan xüsusi əməliyyat zamanı insanları girov götürən şəxs yaralanıb.
***
ABŞ-ın Corciya ştatında yerləşən otellərdən birində insanlar girov götürülüb.
Girov götürülənlər 11 uşaq və 1 qadındır. Uşaqların 3 aylıqdan 17 yaşa kimi olduqları qeyd olunur.
Ehtimal olunur ki, onları 1 nəfər kişi girov götürüb.
Girov götürülən qadın polisə zəng vura bilib.
Hazırda hadisə yerində xüsusi xidmət qüvvələri, polis və xilasedicilər işləyirlər. (Aznews)