ABŞ-da iki polis güllələnib

ABSHda_iki_polis1478090048ABŞ-ın Ayova ştatında naməlum şəxslər iki polisi güllələyib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, insident noyabrın 2-də gecə qeydə alıınıb.

De-Moyna şəhərinin polis bölməsinin əməkdaşları hadisə yerinə gedəndə qonşu bölmədən olan polis əməkdaşının güllələndiyini görüblər. O, aza sonra ölüb.

Sonradan polislər De-Moyna bölməsinin daha bir əməkdaşının güllələnərək öldürüldüyünü aşkar ediblər.

Hüquq-mühafizə orqanları hücum edənləri axtarır.