ABŞ-da ilk oyun və İbrahimoviçdən fantastik qol – VİDEO

İsveçli futbolçu Zlatan İbrahimoviç yeni klubu “Los-Anceles Qalaksi”də debüt edib.

Yenicag.az xəbər verir ki, forvard “Los Angeles”lə qarşılaşmanın 71-ci dəqiqəsində meydana çıxıb. Həmin vaxt “Los Anceles Qalaksi” 1:3 hesabı ilə geridə olub. Zlatan meydana çıxandan cəmi 5 dəqiqə sonra 32 metrdən vurduğu aşırma zərbə ilə MLS-də ilk qoluna imza atıb. 90+1-ci dəqiqədə isə dublunu rəsmiləşdirib və komandasının qələbə qolunu vurub.