ABŞ-da işsizlik səviyyəsi artıb

ABŞ-da işsizliyin səviyyəsi iyulda 4,3 faizə yüksəlib. Bu, 2021-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir.

Yenicag.az xəbər verir ki, ABŞ-ın Əmək Departamentinin məlumatına görə, iyulda ABŞ-da işsizlik son üç ilin ən yüksək səviyyəsinə çatıb. Analitiklər orta hesabla 4,1 faiz səviyyəsində dəyişməz bir rəqəm gözləyirdilər.

Əmək Statistikası Bürosu hesabat dövründə ABŞ-ın 114,000 yeni iş yeri əlavə etdiyini bildirib. Bu, 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyədir.

COP29