ABŞ-ın Texas ştatının San Antonio şəhərində yerləşən kilsəyə silahlı hücum olub.
Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum zamanı 29 nəfərin öldüyü, 30-nun isə yaralandığı bildirilir.
Qətliamı yerinə yetirən şəxsin də öldürüldüyü qeyd olunur.
Hələlik hadisə ilə bağlı rəsmi məlumat yayılmayıb.