Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ-da koronavirus qurbanların sayı 68 mini ötdü

ABŞ-da bir gündə koronavius qurbanlarının sayı daha 1 142 nəfər artıb.

Bu barədə Yenicag.az xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, Birləşmiş Ştatlarda koronavirus qurbanlarının sayı 68 636-a çatıb.

COVID-19-a yoluxma və ölüm hallarının ən böyük sayı Nyu-Yorkda qeydə alınıb. Burada virusa 323 883 yoluxma təsdiqlənib, 24 648 ölüm qeydə alınıb.

Siyahıda sonrakı yerdə Nyu-Cersi (127 438) və Massaçusets (68 087) ştatları qərarlaşıb.

Son bir gündə Birləşmiş Ştatlarda koronavirusla bağlı 7 200 000-dən çox test aparılıb, təhlükəli virusdan 178 671 sağaldı.

Birləşmiş Ştatlarda COVID-19-a yoluxma və ölüm hallarının ən böyük sayı qeydə alınıb.

Dünyada COVID-19-a yoluxma hallarının sayına görə ikinci yeri İspaniya tutur. Bu ölkədə 248 301 yoluxma halı qeydə alınıb. Siyahıda üçüncü ölkə İtaliya (210 717), dördüncü ölkə Böyük Britaniyadır (186 599).

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Loading...

www.yenicag.az

394
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100