ABŞ-da koronavirus qurbanlarının sayı 30 mini ötüb

ABŞ-da yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 30 mini ötüb.

Yenicag.az-ın “REN TV”yə istinadən verdiyi məlumata görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Universitetin məlumatına əsasən, hazırda ABŞ-da koroanvirusa yoluxanların sayı 637 716 min təşkil edir. Koronavirusdan 30 826 nəfər ölüb.

Ölüm hallarından 10 899-u Nyu-York şəhərində qeydə alınıb.

Hər iki göstəriciyə görə ABŞ digər ölkələri qabaqlayır.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 2 milyonu ötüb, 130 mindən artıq insan ölüb.