ABŞ-da koronavirus qurbanlarının sayı 4000-i keçdi

ABŞ-da koronavirus infeksiyasından ölənlərin sayı 4090 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, son günlər ərzində koronavirusa yoluxanların sayı 189600 nəfər təşkil edib.

ABŞ virusa yoluxanların rəsmi sayına görə dünyada 1-ci, qurbanların sayına görə isə 3-cü yerdədir.

Qeyd edək ki, ABŞ-da koronavirusa ilk yoluxma faktı yanvarın 21-də qeydə alınıb.