ABŞ-da koronavirusa rekord sayda yeni YOLUXMA

ABŞ-da ötən sutka ərzində yeni növ koronavirusa 57 497 yoluxma qeydə alınıb.

Yenicag.az xəbər verir ki, son həftə ərzində rekord sayda yoluxma halları ABŞ-ın 16 ştatında qeydə alınıb.

Ötən gün ən çox – 9 488 yoluxma halı Florida ştatında aşkarlanıb.

Təxminən 40 ştatda koronavirusa yoluxma hallarında artımın müşahidə edilməsi səbəbilə iyulun 4-ü Müstəqillik Günü bayramının qeyd edilməsi qismən ləğv edilib.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 2,79 milyonu ötüb, 129 430 nəfər vəfat edib.