ABŞ-da koronavirusa yoluxanların sayı 1,6 milyonu ötdü

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 1,6 milyon nəfəri ötüb.

Yenicag.az xəbər verir ki, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 600 481 nəfərə çatıb. Onlardan 95 921 nəfəri ölüb, 350 135 nəfəri isə sağalıb.