ABŞ-da yeni növ koronavirusa yoluxma hallarının sayı durmadan artır.
Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.
Qeyd edilir ki, ABŞ-da COVID-19 infeksiyasına ümumilikdə 451 491 nəfər yoluxub, 15 938 nəfər pandemiyanın qurbanı olub.
ABŞ hazırda koronavirusa yoluxma halların sayına görə dünyada birinci, ölüm hallarının sayına görə İtaliyadan sonra ikinci yerdədir.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.