ABŞ-da koronavirusa yoluxanların sayı açıqlandı

ABŞ-ın Nyu York ştatında koronavirusa yoluxanların sayı artıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ştatın qubernatoru Endyu Kuomo yoluxanların sayının 421 nəfərə çatdığını deyib.

“Uestçesterdə 158, Nyu York şəhərində 154, Nassau dairəsində 51, Roklend dairəsində 9, Saratoqada 3, Saffolk dairəsində 28, Alster dairəsində 5 nəfər virusa yoluxub”, – Qubernstor qeyd edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVİD-19 koronavirusunu pandemiya elan edib.