ABŞ-da yeni koronavirus ilə yoluxma hallarının sayı 1,5 milyonu keçib, 90 mindən çox insan ölüb.
Yenicag.az-ın məlumatına görə, bu barədə Con Hopkins Universiteti bildirib.
Bildirilib ki, hazırda ABŞ-da 1500 753 nəfərə koronavirus diaqnozu qoyulub.
Koronavirusun yaratdığı fəsadlar səbəbindən ölənlərin sayı 90 312 nəfər təşkil edir.