ABŞ-da “Maykl” qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, “Maykl” qasırğası səbəbindən hava limanlarında 800-dən çox aviareys də ləğv olunub.
Qeyd edək ki, Florida hakimiyyəti qasırğa ilə əlaqədar olaraq ən azı 500 min sakinə öz evlərini tərk etməyi tövsiyə etmişdi.