ABŞ-da mitinq zamanı helikopter qəzası: Ölənlər var

 

ABŞ-ın Virciniya ştatının Şarlottesvil şəhərində polis idarəsinə məxsus helikopter qolf meydançasının yaxınlığında qəzaya uğrayıb.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, baş verən qəzada 2 pilot ölüb.

Yerli polis orqanlarının açıqlamasına görə, helikopter şəhərdə mitinq keçirən qrupu izləmək üçün uçuş həyata keçirirmiş.

Prezident Donald Tramp, baş verən hadisəylə əlaqədar ölənlərin ailəsinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, şəhərdə bir neçə gündür ki, kütləvi aksiyalar keçirilir.

Aksiyalar Amerika vətəndaş müharibəsində Konfederasiya ordusunun komandiri olmuş general Robert Linin heykəlinin götürülməsindən sonra başlayıb.

Bu səbəbdən şəhərdə fövqəladə vəziyyət rejimi elan olunub.

Yenicag.az