ABŞ-da növbəti atışma: 2 nəfər öldü, 2 nəfər yaralandı

Ötən gün ABŞ-da atışma olub.

Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Florida ştatının Mayami Deyd dairəsində bir mağazanın qarşısında qeydə alınıb.

Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Ölənlərdən biri qadındır.

Hadisənin səbəbləri araşdırılır.