!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-da prezidentliyə namizəd haqqında həbs qərarı verilib

!Reklam – Yazi

24
ABŞ-ın Şimali Dakota ştatında məhkəmə hakimi Yaşıllar Partiyasından olan prezidentliyə namizəd Cill Staynin həbsinə order verib.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, C. Stayn “Dakota Access” boru kəmərinin tikintisinə qarşı keçirilən aksiya zamanı tikinti texnikasına boya tökməkdə ittiham olunur. Belə ki, aktivist-ekoloqlar ondan etiraz aksiyası keçirilən yerə imza qoymasını xahiş ediblər. O isə qırmızı boya ilə buldozerin üzərinə “mən bu mövqe ilə razıyam” sözlərini yazıb. C. Stayn “mülkiyyətə qarşı qanun pozuntusu” və “xuliqanlıq” maddələri ilə ittiham olunur. Eyni ittihamlar onun ortağı Adjam Baraka qarşı da irəli sürülüb.

Yenicag.az

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv