ABŞ-da propan daşıyan qatar aşdı: Əhali təxliyə edilir

ABŞ-ın Corciya ştatının Bayromvil şəhərində propan daşıyan qatarın vaqonları relsdən çıxıb.

Yenicag.az ABŞ mediasına istinadən xəbər verir ki, vaqonlar relsdən çıxaraq körpüdən aşağı düşüb.

Təhlükəsizlik orqanları ərazidə yaşayan şəhər əhalisini təxliyə etmək qərarına gəlib.

2 lokomotiv, 72 yüklü və 69 boş vaqondan ibarət qatar şosse üzərindən keçən körpü ilə hərəkət edirərkən,qəfildən 15-30 vaqon relsdən çıxaraq yol üzərində aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.