ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun layihəsini təqdim edib.
Yenicag.az-ın “RBK”-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Senatının Nümayəndələr Palatasının xarici işlər üzrə Komitəsinin rəhbəri Ed Roys bildirib.
Onun sözlərinə görə, illər ərzində Rusiya prezidenti Vladimir Putin yaxın və orta mənzilli raketlərlə bağlı müqavilənin şərtlərinə dair öz öhdəliklərinə məhəl qoymur.
Roys bildirib ki, bu yaxınlarda Rusiya tərəfindən qadağan olunan nüvə başlıqlı raketlərin yerləşdirilməsi ABŞ-ın milli təhlükəsizlik sahəsində maraqlarına təhlükə kəsb edir.
Xatırladaq ki, ABŞ Senatı iyunun 14-də Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsin təsdiqləyib.
Rusiyaya qarşı təklif edilmiş sanksiyalar Rusiya banklarının maliyyələşdirilməsinin maksimal müddətinin 14, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin maliyyələşdirilməsinin maksimal müddətinin isə 30 günə qədər ixtisarını nəzərdə tutur.
Bundan başqa, düzəlişlərin tətbiqindən sonra 180 gün ərzində ABŞ Maliyyə Nazirliyinin başçısı sanksiyaların mümkün nəticələrini təsvir edən məruzəni Konqresə təqdim etməlidir.