ABŞ-da seçki başlayır: Tramp, yoxsa Klinton?

14781875713618310690_1000x669Bu gün – noyabrın 8-də Amerika Birləşmiş Ştatlarında (ABŞ) prezident seçkiləri keçiriləcək.

Prezident seçkilərində 24 namizəd iştirak edir. Lakin onlar ikinci dərəcəli namizədlər hesab olunur.

Prezidentlik postu uğrunda əsas mübarizə Demokratların nümayəndəsi Hillari Klinton və Respublikaçıların namizədi Donald Tramp arasında gedir. ABŞ-la ölkəmiz arasında saat fərqi olduğundan hələ seçkilərə start verilməyib.

Qeyd edək ki, bu gün ABŞ xalqı sayca ölkənin 45-ci prezidentini seçəcək.