ABŞ-da seçkilərə bir də bu aspektdən baxın – Analiz

IMG_3273

Politoloq Zaur Məmmədov Yenicag.az-a yazır

Əslində ABŞ – dakı bu ilki prezident seçkiləri Amerika tarixinin ən parlaq və yadda qalan seçkilərindən biridir. Sözsüz ki, seçkilərə bu qədər rəngarənglik qatan – respublikaçıların namizədi Donald Trampdır. Lakin, bu dəfəki seçkilər Amerika tarixinin ən kirli seçkilərindəndir. Namizədlərin bir – birinin üzərinə etik normaları saymayaraq şığıması Makiavellinin hələ 1515 ci ildə – “məqsəd vasitəyə haqq qazandırır” sözlərini bir daha təsdiqləyir.
Etiraf etmək lazımdır kı, dünyanın ən maraqlı, ən fərqli prezident seçkiləri məhz ABŞ –da keçirilir. Bu ilki seçkilərin bu qədər çox maraq kəsb etməsinin bir neçə səbəbi var. Hər iki namizədin parlaq “aktyor”lar olması və öz rollarından məharətlə istifadə etmələri, əlbəttə ki, hər bir seçicini ekrana daha yaxından əyləşdirir. Dünya miqyasında isə, Rusiya və ABŞ arasında davam edən gərginlik, Suriya, İraqda baş verənlər dünya siyasətçilərini iki namizəddən hansının daha çox onların maraqlarına cavab verəcəyini düşündürür.
ABŞ dakı prezident seçkilərinin digər ölkələrin eyniadlı seçkilərindən fərqi ondan ibarətdir ki, orada prezident birbaşa xalq tərəfindən seçilmir. Prezident hər ştatın müvafiq sayda nümayəndələri tərəfindən seçilir. Qısası, ABŞ da birbaşa olaraq xalqın öz prezidentini seçmə imkanı yoxdur. Qalib gəlmək istəyirsənsə “elita” səni seçməlidir. Bəs bu dəfəki seçkilərdə elita kimə vurğu etməlidir?
ABŞ – da prezident 538 xüsusi nümayəndə tərəfindən seçilir. Vətəndaşlar, okeanın o tayında birbaşa olaraq prezidenti deyil, yerlərdəki nümayəndələri seçirlər. 8 noyabrda seçki məntəqəsinə gələn amerikalı öz xüsusi nümayəndələrini seçəcək. Həmin nümayəndələr isə, iki namizəddən istədiyi şəxsə səs vermək hüququna sahib olsalar belə, qanunla öz namizədlərinə səs verirlər. Yə ni , həmin ştatdakı səsvermənin nəticəsindən asılı olaraq, namizədlərin seçilən nümayəndələri elə öz namizədlərinə də səs verirlər. Ştatların neçə nümayəndə seçməsi isə, onların əhalisinin sayıyla bağlıdır. Kaliforniyada 55, Texasda 34 , Floridada 27 xüsusi nümayəndə vardır. Yuta, Montana, Alyaska ştatlarının, paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin isə cəmi 3 səsi var. Prezidentliyə seçilmək üçün isə 538 səsdən 271 nümayəndənin səsini qazanmaq lazımdır.
Əslində dünyanın heç bir ölkəsində 100 % “şəffaf seçkilər” keçirilmir. Mütləq monarxiyanın süqutu və parlament institutunun meydana gəlməsindən sonra ilk dəfə siyasi proseslərdə xalqın səsini seçkilər vasitəsiylə eşitməyə başladılar. Müasir demokratiyanın qərarlaşmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynamağa başladı. Xalq hakimiyyətinin həyata keçirilməsini təmin edən idarə strukturları seçkilər nəticəsində meydana çıxır. Seçki kompaniyasının uğuru isə namizədin siyasi texnoloqlarından yetəri dərəcədə asılıdır. ABŞ prezident seçkilərinə bir gün qalmış hər iki namizəd arasında olan minimal fərq istər Klintonun , istərsə də Trampın komandalarının seçkilərə kifayət qədər ciddi yanaşdıqlarını göstərir.
Donald Tramp bir neçə dəfə seçkilərin qeyri – şəffaf olacağına eyham vurmuşdur. Hətta, o, öz tərəfdarlarını 8 noyabrda iki dəfə səsverməyə getməyə səsləyir. Təbii ki, hər bir ölkədə olduğu kimi ABŞ – dakı seçkilərdə də çirkli seçki texnologiyalarının olması sirr deyil.
Çirkli seçki texnologiyalarından biri də “spoyler texnologiyası”dır. İngilis dilində “to spoil” sözündən meydana gələn bu texnologiyanın əsasını zəif rəqibin hər hansı namizədin səslərinin bir hissəsini alması təşkil edir. 1990 cı illərdə Rusiyadakı regional seçkilərdə tez – tez bu üsuldan istifadə edirdilər. Məsələn, siyahıda bilərəkdən rəqib namizəd ilə eyni adı daşıyan başqa bir namizədin adını yazırlar. Yaşlı və ya diqqətsiz seçici isə, öz namizədinə səs verdiyini sanır. Beləliklə, qalib gəlməsə belə üçüncü zəif namizəd güclü namizədlərin birinin elektoratının səsinə sahib olur.
Artıq Yuta ştatında Trampa qarşı qırx yaşlı veteran Evan Makvallin adlı şəxs namizədliyini irəli sürmüşdür. 3 milyona yaxın sakini olan bu ştatın əhalisinin çox hissəsi mormonlardan ibarətdir. Təbii ki, Evan Makvallinin özünün də mormon olması Tramp üçün böyük bir təhlükədir. Mormon və Eva Makvallin. Təbii ki, böyük ehtimalla 6 xüsusi nümayəndə Makvallinə səs verəcək.
Bundan başqa seçki kampaniyalarının ən əsas resursu olan KİV – nin də xanım Klintonun yanında olması heç kimdə şübhə döğurmur.
Bu ölkədə aparılan sosioloji sorğular göstərir ki, ümumiyyətlə ABŞ əhalisinin 60 % bu iki namizəddən heç birinə səs vermək istəmir.
Görünür Amerika istemblişmenti, vətəndaşlarının qarşısına bilərəkdən bu iki namizəddən birini çıxarıb. Şounun bitməsinə isə cəmi 1 gün qaldı.

COP29