ABŞ-ın Kaliforniya ştatında yerləşən veteranlar evinə silahlı hücum təşkil olunub.
Yenicag.az xəbər verir ki, Napa bölgəsində baş verən hadisə zamanı 3 nəfər girov götürülüb.
Hadisə yerinə təcili tibbi yardım maşınlar və polis cəlb olunub.
Hadisə şahidlərinin sözlərinə görə, 30-dan çox silah səsi eşidilib. Ölən və yaralananlarla bağlı məlumat yoxdur.