ABŞ-da silahlı insident: 2 nəfər öldü

AŞB-ın Missuri ştatında atışma baş verib.

Yenicag.az xəbər verir ki, Sent-Luisdə baş verən atışma nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Polis yerli vaxtla 13:30-da hadisə yerinə gəlib və orada 2 cəsəd tapıb. Yaralanan şəxs xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.

Araşdırma aparılır./Trend/