ABŞ-da silahlı insident: 3 ölü, 5 yaralı

ABŞ-da, Ohayo ştatının Tsintsinnati şəhərində bank yaxınlığında atışma baş verib.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb. Hücum edən şəxs də öldürülüb.

Uolnat küçəsində baş verən hadisə zamanı daha beş nəfər yaralanıb.

Polis araşdırma aparır.