Amerika Birləşmiş Ştatlarında (ABŞ) silahlı insident baş verib.
Yenicag.az xəbər verir ki, Corciya ştatının Duqlasvill şəhərində həyət evlərindən birinin yaxınlığında baş verən silahlı insident zamanı cinayətkar iki uşaq da daxil olmaqla altı nəfərə atəş açaraq öldürüb.
Yerli polis nümayəndələri bildirir ki, cinayətkar daha sonra özünə qəsd edib.
Hadisənin təfərrüatları və cinayətin motivləri, eləcə də həlak olanların adları, yaşları hələlik açıqlanmır.
Faktla bağlı araşdırmalar aparılır.