ABŞ-da silahlı insident – 10 ölü, 16 yaralı – YENİLƏNDİ

ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) baş verən atışma nəticəsində atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb.

Şəhərin polis idarəsinin “Twitter” səhifəsində qeyd edilib: “Atəş açan şəxs öldürülüb. Atışma nəticəsində daha 9 nəfər həlak olub, azı 16 nəfər isə yaralanıb və xəstəxanaya müraciət edib”.

***

12:04

ABŞ-ın Ohayo ştatının Deyton şəhərində silahlı atışma baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində 7 nəfər ölüb və yaralananlar var.

İlkin məlumata əsasən, atəş açan şəxlərdən biri öldürülüb. Polis əməkdaşları ikinci atəş açan şəxsin axtarışlarını aparırlar.

Xatırladaq ki, ötən gün ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) “Cielo Vista” ticarət mərkəzinin ərazisində yerləşən “Walmart” mağazasında 21 yaşlı şəxs insanlara atəş açıb. İnsident nəticəsində 20 nəfər ölüb, 26 nəfər isə yaralanıb.